9-11 iyul 2019-cu il tarixlərində UNEC-də “Davamlılıq və İqtisadi Təhsil” mövzusuna həsr edilmiş “V Ömürboyu Təhsil və Liderlik Beynəlxalq Elmi Konfransı” təşkil olunacaqdır.
Bu konfransın əsas məqsədi elm adamları, tədqiqatçılar, ali təhsil işçiləri, tələbələr və ali təhsillə əlaqədar olan müxtəlif sahələrdəki mütəxəssisləri bir araya gətirərək təhsilin müxtəlif istiqamətləri və təhsil qurumları , eyni zamanda bu sahə və qurumlarda liderlik bacarıqları ilə bağlı tədqiqatlarının nəticələrini başqa mütəxəssislərlə bölüşmək üçün bir mühit yaratmaqdır.
Konfransa məruzələr azərbaycan, ingilis, türk və rus dillərində qəbul olunacaqdır.
İngilis dilində yazılan və konfransın elm komitəsi tərəfindən qəbul olunan məruzələrdən seçilmiş olanlar Thomson Reuters “Web of Science” bazasında yer alan SSCI indeksli “Sustainability” jurnalında çap olunmaq üçün seçiləcəkdir. Bundan əlavə konfrans ESCI və SCOPUS indekslərində yer alan jurnalarla da əməkdaşlıq aparmaqdadır. Eyni zamanda qeyd etmək lazımdır ki, konfransa təqdim edilən ingilis dilində məruzələr konfransın məruzələr kitabında göstəriləcəkdir. Konfransın ingilis dilində yazılmış məruzələrin toplandığı kitabı isə Thomson Reuters “Web of Science” bazasında yer almaqdadır. Konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu elm adamlarının məruzə çıxışları da baş tutacaqdır. Konfransla bağlı əsas tarixlər aşağıda qeyd olunmuşdur:
- Məruzələrin xülasələrinin göndərilməsi üçün son tarix – 15.05.2019
- Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix – 15.07.2019
- Məruzələri seçilənlərin erkən qeydiyyatı üçün son tarix – 01.06.2019
- Məruzələr üçün son qeydiyyat tarixi – 30.05.2019
- Dinləyici kimi iştirak üçün erkən qeydiyyat son tarixi – 01.05.2019
- Dinləyici kimi iştirak üçün qeydiyyatın son tarixi – 15.06.2019
- Konfransın proqramın elan olunması – 20.06.2019
- Konfrans tarixləri – 09 – 11.07.2019
ƏTRAFLI: https://www.iclel.com/home
Əlaqə telefonu: (+994) 012 440-66-32