20-21 aprel 2019-cu il tarixlərində Barselona (İspaniya) şəhərində Mühəndislik Texnologiyaları, Tətbiqi Elmlər və İnformasiya Texnologiyaları mövzusunda II Beynəlxalq Konfrans (EASI) keçiriləcəkdir.
Konfransda Mühəndislik və İnformasiya Texnologiyaları və Tətbiqi Elmlərin bütün sahələri üzrə müəlliflər, tədqiqatçılar, rəhbərlər, akademiklər, məsləhətçilər, peşəkar müstəqil alimlər, təcrübəçilər və müxtəlif ölkələrdən olan fəlsəfə doktorları öz elmi məqalələri ilə iştirak edə bilərlər.
Son müraciət tarixləri:
10 fevral 2019-cu il - ilkin müraciət;
15 fevral 2019-cu il - xülasənin təqdim olunması;
10 aprel 2019-cu il – məqalənin təqdim olunması;
Konfrans materialları SCOPUS, Crossref, DOI, Google Scholar və EBSCOhost beynəlxalq bazalarında indeksləşir.
Konfransın əhatə etdiyi sahələr:
- Mexanika mühəndisliyi;
- Kimya mühəndisliyi;
- Mülki mühəndislik;
- Elektrik mühəndisliyi;
- Elektron mühəndisliyi;
- Material mühəndisliyi;
- Ətraf mühit mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- Biotibbi mühəndislik;
- İnformasiya mühəndisliyi;
- İnformasiya və Kommunikasiya mühəndisliyi;
Konfrans haqqında geniş məlumat http://world-easc.com/easi-april-2019/ linkində göstərilib.
Keçirilmə ünvanı: Salles Otel Pere IV, Barselona, İspaniya.
Əlavə məlumat üçün, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (012) 4927298