20-21 aprel 2019-cu il tarixlərində Moskva (Rusiya) şəhərində Multidisiplinar İnnovasiyalar və Tədqiqatlar mövzusunda Beynəlxalq Konfrans (İCMİR 2019) keçiriləcəkdir.
Konfransda yeni fikirlərin yaradılması, mübadiləsi və müzakirəsi məqsədilə Texnologiya və Mühəndislik, İqtisadiyyat və İdarəetmə, Tətbiqi Elmlər, Tibb, Hüquq, Sosial və Humanitar elmlər, Kənd təsərrüfatı və Meşəçilik, Ətraf mühit, Gender bərabərliyi sahələri üzrə akademiklər, tədqiqatçılar, həkimlər, təcrübəçilər və tələbələr öz elmi məqalələri ilə iştirak edə bilərlər.
Son müraciət tarixləri:
28 fevral 2019-cu il – son təqdimat tarixi;
20 mart 2019-cu il – son qeydiyyat tarixi;
Konfrans materialları SCOPUS və Thomson Reuters beynəlxalq bazalarında indeksləşir.
Konfransın əhatə etdiyi sahələr:
- İqtisadiyyat, Menecment və Biznes;
- Mühəndislik və Texnologiya;
- Sosial və Humanitar elmlər;
- Qadınların gücləndirilməsi və Gender bərabərliyi;
- Tibb, Səhiyyə və Əczaçılıq;
- Kənd təsərrüfatı;
- Hüquq;
- Jurnalistika və KİV;
- Dizayn və İncəsənət.
Konfrans haqqında geniş məlumat https://www.icmir2019.com/ linkində göstərilib.
Keçirilmə ünvanı: Moskva, Rusiya.
Əlavə məlumat üçün, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (012) 4927298