21 may 2019-cu il tarixində “RESPUBLİKAMIZDA QİDA VƏ TEKSTİL SƏNAYESİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR” mövzusunda III RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI keçirilir.
BÖLMƏLƏR:
- Qida sənayesinin aktual problemləri
- Tekstil sənayesinin aktual problemlər
- Texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik
KONFRANSA TƏQDİM OLUNAN MƏQALƏLƏRİN TƏRTİBAT QAYDALARI:
- Məruzənin аdı – baş hərflərlə, tünd, şrift 12.
- Мüəlliflərin Adı, atasının adı, soyadı, elektron ünvanı – kiçik hərflərlə, tünd, şrift 12.
- İşlədiyi təhsil (Elmi-tədqiqat) müəssisənin adı – adi şriflərlə, kursiv, şrift 12.
- Mətnlərin yığılması – А 4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12, interval 1, Тimes Nеw Roman, 2-3 səhifə həcmində (xülasə və ədəbiyyat sihayısı ilə).
- Şəkil, qrafik və cədvəllər mətnin daxilində, xülasə mətnin əvvəlində (70-80 sözdən çox olmamaqla) verilməlidir.
- Konfrans materialları Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
- Bir müəllif tərəfindən 2-dən artıq məruzə qəbul edilmir.
Qeyd: Göstərilən tərtibat qaydalarına uyğun gəlməyən məqalələr qəbul olunmayacaq.
Konfransın proqramı və materialları (konfransa qədər) çap olunacaqdır. Konfransdan sonra materiallar UNEC-in internet saytında (unec.edu.az) yerləşdiriləcəkdir. Materiallar toplusu konfransdan sonra müvafiq kitabxanalara paylanacaq. Konfransın materiallar toplusunu əldə etmək istəyən müəlliflər təşkilat komitəsinə müraciət edə bilərlər.
Konfransa məruzələr (1 nüsxə elektron variantı ilə birlikdə) 30 aprel 2019-cu il tarixinə kimi həftənin I-V günləri saat 900- dan 1700 - dək qəbul olunur (fasilə 1300-dan 1400-dək).
Ünvan: akad. Həsən Əliyev küç. 135 a, UNEC-in II tədris korpusu, otaq 506
Əlaqə: (+994 12) 564 67 36
(+994 55) 283 88 28
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. prof. Rövnəq Rzayev (məsul katib)