A

31 may-2 iyun tarixlərində “İqtisadiyyat və İdarəetmə” ixtisasları üzrə Magistrlərin I Beynəlxalq Elmi Konfransı” keçiriləcək. 

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) təşkilatçılığı, ICLEL-in dəstəyi ilə keçiriləcək konfransın məqsədi magistratura pilləsində təhsil alan gənclərin öz tədqiqatlarını təqdim etməsi üçün beynəlxalq platformanın yaradılmasıdır. Konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdən olan gənclər bir araya gətirilərək multidisiplinar tədqiqatların inkişafına tövhələr verilməsi, magistr tədqiqatlarının nəticələrinin bölüşdürülməsi, tədqiqatların keyfiyyətinin artırılması istiqamətində fikir mübadilə aparacaqlar.

Konfransa məruzə üçün yerli və xarici magistrlərin 394 məqaləsi elm komitəsi tərəfindən seçilib.

Konfransın açılış mərasimi saat 10:00-da “Fairmont Baku Flame Towers” otelinin Nizami Gəncəvi zalında təşkil olunacaq. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay