UNEC-in Zaqatala filialında Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “Müasir iqtisad elminin aktual problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:
I BÖLMƏ: “İdarəetmə elminin aktual problemləri”
II BÖLMƏ: “Maliyyə, mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi”
III BÖLMƏ: “İqtisadi, enerji və ərzaq təhlükəsizliyi problemləri”
IV BÖLMƏ: “İqtisadi inkişafda insan kapitalı: problemlər və perspektivlər”
Konfrans 11 iyun 2019-ci il tarixində saat 10.00-da keçiriləcək.
Bölmələrdə ediləcək məruzələr tezislər əsasında proqrama daxil ediləcək. Tezislərinizi (1 səhifə həcmində, 12 şriftlə) 3 iyun 2019-cu il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərə bilərsiniz.
Məsul şəxs: Aydın Abdullazadə
Əlaqə: (012) 492-72-98