28-29 noyabr 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzi tərəfindən respublikada ilk dəfə olaraq “Universitetlərarası I Kitabxana Forumu” keçiriləcək.

Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransın, “Biliyin Carçıları milli kvest” yarışmasının (Tələbə Elmi Cəmiyyəti ilə birgə), görkəmli iqtisadçı alim və ekspertlərlə tələbələrin görüşünün, eyni zamanda kitabxanaya hədiyyə olunan kitabların təqdimatı, seçilmiş nəşriyyatlar tərəfindən endirimli kitab satışı və KİV nümayəndələri üçünn mediaturun təşkili nəzərdə tutulub.

Konfrans üçün məqalələrin göndərilməsi üçün son tarixi: 25 noyabr

Məqalənin yazılma QAYDALARI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay