15-17 yanvar 2020-ci il tarixlərində Fransanın Paris şəhərində Sənaye Mühəndisliyi və Sənaye Menecmenti mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın məqsədi sənaye mühəndisliyi və menecmenti üzrə aparılan ən son və müasir tədqiqatların, nəzəriyyələrin və təcrübələrin geniş şəkildə yayılmasıdır. Bu istiqamətdə fikir və ideya mübadiləsində iştirak etmək istəyən tədqiqatçılar, alimlər, elm xadimləri və tələbələr konfransda məqalələri ilə iştirak edə bilərlər. Konfrans iştirakçıları sənaye lahiyələndirilməsi və idarə edilməsi sahəsində müasir və qabaqcıl texnologiyalar və ixtiralarla əyani şəkildə tanış olmaq imkanını əldə edəcəkdir.
Son müraciət tarixləri:
Son göndərilmə tarixi |
25 noyabr 2019 |
|
Xülasə bildirişi |
5 iş günü müddətində |
|
Məqalənin bildirişi |
5 dekabr 2019 |
|
Son qeydiyyat günü |
15 dekabr 2019 |
Bütün məqalələrə ekspertlər tərəfindən rəy veriləcəkdir. 15 və 20 gün ərzində rəyin nəticəsi müəlliflərə göndəriləcəkdir. Qəbul olunmuş və qeydiyyatdan keçmiş bütün məqalələr Ei Compendex, Scopus bazasında indeksləşən Konfrans kitabında dərc olunacaqdır.
Əsas mövzular
1. Böyük məlumat (Big data) və təhlil |
10. İnsan amilləri |
2. Qərarın təhlili və metodları |
11. İnformasiya emalı və mühəndislik |
3. Elektron biznes və elektron kommersiya |
12. Süni intellekt sistemləri |
4. Mühəndislik iqtisadiyyatı və xərclərin təhlili |
13.İstehsal sistemlərinin tədqiqatı prosesi |
5. Mühəndsilik təhsili və tədrisi |
14.İstehsalın planlaşdırılması və nəzarəti |
6. Səhiyyə iqtisadiyyatı və idarə edilməsi |
15. Layihə idarə edilməsi |
7. Keyfiyyətə nəzarət və idarəetmə |
16. Texniki mühəndislik |
8. Risklərin idarə edilməsi və təhlükəsizlik |
17.Təchizat Zəncirinin İdarə edilməsi |
9. Sistemlərin modelləşdirilməsi və simulyasiyası |
18.Texnologiya və biliklərin idarə edilməsi |
Konfrans haqqında geniş məlumat: http://www.ieim.org/
Konfransın keçirilmə ünvanı:
Mercure Paris CDG
Əlavə məlumat: UNEC-in EFTİED “Elmmetrika” şöbəsi
Tel.: (012) 492 72 98