23-25 aprel 2020-ci il tarixlərində Türkiyənin Kapadokiya şəhərində İqtisadiyyat, Enerji və Ətraf Mühit beynəlxalq konfransı (İCEEE2020) keçiriləcək.

İCEEE2020 konfransının əsas məqsədi iqtisadçıları, mühəndisləri, siyasətçiləri, sənaye iştirakçılarını və tələbələri qlobal nöqteyi-nəzərdən iqtisadiyyat, enerji və ətraf mühit sahəsində yeni ideyaların, mövzuların və tədqiqatların aşkara çıxarılması üçün bir araya toplamaqdır. Təşkilat Komitəsi tədqiqatçıları və tələbələri məqalələri ilə konfransda iştirak etməyə dəvət edir.

Son müraciət tarixləri:

Son göndərilmə tarixi (xülasə və tam məqalə)

30 mart 2020

İlkin qeydiyyat tarixi

15 yanvar 2020

Qeydiyyatın son tarixi

15 aprel 2020

Konfrans tarixi

23 aprel 2020

Konfrans şərtlərinə uyğun olaraq təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalənin tam şəkildə (qoyulan texniki tələblərə uyğun) təqdim olunması onun SCI / ADBC / Scopus indeksli jurnallarda nəşrinə imkan yaradacaqdır. Əks təqdirdə, xülasəniz yalnız konfrans materialları toplusunda dərc ediləcəkdir. Məqalələrinizi təqdim etmək üçün linkinə daxil olaraq  əlavə məlumat əldə edə bilərsiniz.

Əsas mövzular

Enerji

Ətraf mühit

Blockçain texnologiyası və bərpa olunan enerji

Kənd təsərrüfatı-Qida-Ətraf mühit

Enerji planlaşdırması, modelləşdirmə və proqnozlaşdırma

İqlim, Ticarət, İnkişaf və Siyasət

İqtisadiyyat və Enerji siyasəti

Ekologiya, Ekosistemlər və Landşaft

Elektrik / Təbii Qaz Ehtiyatları

Ətraf mühit və statistik ekologiya

Enerji və Davamlılıq

Ətraf Mühit Mühafizəsi və Paris Sazişi

Enerji səmərəliliyi və qənaət

Ekoloji təhlükəsizlik qaydaları

Enerji Maliyyəsi: Hüdudlar və Gələcək İnkişaf

Ekoloji Davamlılıq və İnkişaf

Enerji qiymətləri- Makro iqtisadi əlaqələr

Ətraf mühitin qiymətləndirilməsi və kimyəvi maddələrin idarə edilməsi

Davamlı İnkişaf və Enerji resursları

Alternativ Enerji Resurslarının ətraf mühitə təsirləri

İqtisadiyyat

Kuznets Əyrisi ilə yeni yanaşmaları ətraf mühitə tətbiqi

Karbon Vergi Siyasəti

 

Enerji Sistemləri iqtisadiyyatı

 

Ekonomterika, Enerji bazarları və Ekoloji təsirlər

Enerji və Xərclərə potensial qənaət

Ətraf mühit və İqlim dəyişikliyinin iqtisadi aspektləri

Enerji bazarları və Makroekonomik indiqatorlar

Qida İqtisadiyyatı

Konfrans haqqında geniş məlumat linkində  göstərilmişdir.

Konfransın keçirilmə ünvanı:
DoubleTree,Hilton Hotel Avanos – Cappadocia
Yeni Kızılımak cadesi.No:1, 50500 Avanos/Nevşehir

Əlavə məlumat almaq üçün EFTİED “Elmmetrika” şöbəsinə müraciət edə bilərsiniz: 4927298

TOP XƏBƏRLƏR