28-30 yanvar 2020-ci il tarixlərində İsrailin Tel-Əviv şəhərində “7-ci Kibertexnika sərgisi və konfransı” keçiriləcək.

Konfransdakı sessiyalarda AI, Advanced IoT, Big Data, Cloud, Blockchain, maliyyə və sığorta, SCADA / ICS, mobil və rabitə, səhiyyə sənayesi, Smart Mobility kibertexniki şəbəkə nümayəndələri iştirak edəcəklər. Tədbirin əsas məqsədi çoxmillətli korporasiyalar, startaplar, özəl və korporativ investorlar, mütəxəssislər və müştərilər kiber sənayesinin nümayəndələrinin şəbəkələşməsi üçün platforma yaratmaqdır.

Tədbirdə iştirak etmək istəyənlər konfransın rəsmi saytında (https://www.cybertechisrael.com/registration) qeydiyyatdan keçməlidirlər.

Qeyd: Konfransda iştirakla bağlı bütün xərclər iştirakçılar tərəfindən ödəniləcək.

TOP XƏBƏRLƏR