29-31 may UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “II İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”na məruzələrin göndərilməsi prosesi yekunlaşıb.

Konfransa dünyanın 20 ölkəsindən 600-ə yaxın magistr və doktorant qeydiyyatdan keçib, 542 nəfəri isə məruzələrini elektron qaydada təqdim edib. Məruzələr konfrans elm komitəsi tərəfindən dəyərləndiriləcək.

Dünyada koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət nəzərə alınaraq, konfransın distant formada keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə fəaliyyət planı artıq hazırlanıb. Konfransın açılış mərasimində ABŞ, Türkiyə və Rusiyanın nüfuzlu universitetlərinin tələbələri müvafiq olaraq ingilis, türk və rus dillərində videoplenar çıxışlar edəcəklər.

Konfransın əsas dəstəkçisi ötən il də olduğu kimi PAŞA Holdingdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay