A

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “Net Summit LLC”nin təşkilatçılığı ilə mayın 11-15-də “World Net Summit” onlayn konfransı keçiriləcək.

Tərəfdaşlar arasında UNEC-in də olduğu tədbirdə innovasiya ilə bağlı hər məqama toxunulan 9 fərqli faza əks olunub. Bunlara “Startup Academy”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Monex Summit” və “Maintech Forum” kimi tədbirlər daxildir.

Hər günə iki tədbir olmaqla saat 16:30-18:00 və 19:30-21:00-da “World Net Summit” facebook və youtube səhifələrindən canlı yayım aparılacaq.

Spikerlərin siyahısı, müzakirə mövzuları və tədbirin proqramı ilə tanış olmaq istəyənlər sammitin veb səhifəsinə (https://worldnetsummit.com) daxil olaraq qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən şəxslərə hər tədbir öncəsi bildiriş məlumatı email vasitəsi ilə göndəriləcək.

TOP XƏBƏRLƏR