A

NORDSCI Conference təşkilatı UNEC-in müəllim-professor heyətini 07-10 oktyabr 2020-ci il tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilməsi nəzərdə tutulan növbəti elmi konfransda iştirak etməyə dəvət edir.

Təşkilat hər il sosial elmlər, o cümlədən Təhsil və Dilçilik, Biznes və İqtisadiyyat, Maliyyə, Hüquq, Siyasi Elmlər və Sosiologiya kimi elmləri əhatə edən beynəlxalq elmi konfransların təşkilini həyata keçirir. Oktyabr ayında keçiriləcək növbəti konfransa qəbul olunan məqalələr İSSN və İSBN nömrələri ilə elmi jurnallarda dərc olunacaq. Bundan əlavə, konfransın gedişatı dövründə iştirakçılar panel müzakirələrinə qoşulmaq imkanı qazanacaq. Konfransda iştirak fiziki və vitual olaraq altı kateqoriya üzrə yalnız ödənişli əsaslarla mümkündür.

- Məruzəçi - 289 avro
- Doktorantura tələbəsi - 279 avro
- Həmməruzəçi - 219 avro
- Virtual məruzəçi - 239 avro
- Müəllifin məqaləsinin çapı (konfrans zamanı bir məqalə çap olunur) - 199 avro
- Nümayəndə (konfrans materiallarına, o cümlədən dərc olunan məqalələrə çıxışı olur) - 199 avro

Qeyd edək ki, sözügedən elmi konfransda sadalanan kateqoriyalar üzrə iştirak etmək üçün ödənişin qəbulu 10 avqust 2020-ci tarixinədək etibarlıdır. Konfrans haqda daha ətraflı məlumatı təşkilatın rəsmi internet səhifəsindən (www.nordsci.org) əldə edə bilərsiniz.

TOP XƏBƏRLƏR