A

12-13 noyabr tarixlərində “Avropa Keyfiyyət Təminatı Forumu 2020” təşkil olunacaq.

Onlayn forum “Fərqli ali təhsil: Keyfiyyətə nəzarət üçün təsirlər” mövzusunda olacaq. 

Forumda Avropanın təhsildə keyfiyyət siyasəti, trendlər, araşdırma, praktiki nümunələr və keyfiyyət təminatındakı cari inkişaflar barədə sessiyalar təşkil olunacaq.

Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keyfiyyət təminatı sahəsində əsas maraqlı tərəflər arasında müzakirə, peşəkar inkişaf və təcrübə mübadiləsi üçün bir platform təqdim edir.

Forum keyfiyyətə cavabdeh olan ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də keyfiyyət zəmanəti üzrə mütəxəssislər, tələbələr, keyfiyyət təminatı agentliyi işçiləri, bu sahədə çalışan tədqiqatçılar üçün nəzərdə tutulub.

Foruma abstrakt göndərilməsi üçün son tarixi: 27 iyul 2020-ci il.

Məlumat

Forum haqqında əlavə məlumat, proqram və onlayn sessiyalar üçün qeydiyyat məlumatları sentyabr ayının əvvəlində dərc olunacaq.

Əlavə məlumat: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

TOP XƏBƏRLƏR