30  oktyabr  2020-ci il tarixdə  UNEC Zaqatala  filialında saat  10:00-da  onlayn  formatda “Regionların  sosial-iqtisadi  inkişafında  müasir universtetlər: yeni çağırışlar və perspektivlər”  mövzusunda  Respublika  elmi-praktiki  konfransı keçirləcək.

Konfransın  bölmələri:

  1. İdarəetmə elmində yeni çağırışlar, fürsətlər və perspektivlər
  2. Maliyyə, mühasibat uçotu,  audit  və   iqtisadiyyatın  digər sahələrində inkişafın  müasir mərhələsi və perspektivlər
  3. Fənlərarası  inteqrasiya, iqtisadi  effektlər: nəticələr, perspektivlər   

Tezislər 14 ölçüdə, 1.5 intervalla, Times  New  Roman  şrifti  ilə (A4)  yazılmalıdır. Kənarlardan   (soldan 25mm,  sağdan 10 mm, yuxarıdan  20 mm, aşağıdan 20 mm)  boşluq buraxılmalıdır. Ad, ata adı, soyad,  elektron   ünvan, iş yeri, vəzifəsi  və   əlaqə  telefonu  tezisin  əvvəlində verilməlidir.

Təqdim olunan tezislər  Azərbaycan, rus və ingilis  dillərində  yazıla bilər. Açar sözlər və xülasə tezisin  əvvəlində verilə  bilər.

Tezisdə  yenilik, səmərəlilik və faydalılıq  nəzərə çatdırılmalıdır.

Tezislər 12 oktyabr   2020-ci il  tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına  göndərilməlidir.
Əlavə məlumat üçün əlaqə telefonu: 050-563-90-57, dos.S.Ə.Raziyev

TOP XƏBƏRLƏR