A

1-2 aprel 2021-ci il tarixlərində Cordoba (İspaniya) şəhərində IBIMA konfransı keçiriləcək.

IBIMA konfransının keçirilməsində əsas məqsəd iqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssisləri və tədqiqatçıları yeni ideyaların, mövzuların və tədqiqatların aşkara çıxarılması üçün bir araya toplamaqdır. Təşkilat Komitəsi tədqiqatçıları və tələbələri məqalələri ilə konfransda iştirak etməyə dəvət edir.

Konfrans iqtisadiyyat, menecment, innovasiya, sahibkarlıq, təhsil, marketinq, insan resursları və maliyyə sahələrinə aid mövzulardan bəhs edir. Əsas mövzuları https://ibima.org/conference/37th-ibima-conference/#ffs-tabbed-14 linkindən əldə etmək mümkündür.

Məqalələrin son  təqdim olunma tarixi: 5 mart 2021

Konfrans materialları ISBN: 978-0-9998551-6-4 nömrəli elektron kitab şəklində yayımlanacaq və konfransdan sonra Web of Science və SCOPUS-da indeksləşdirməyə göndəriləcək.

Konfrans şərtlərinə uyğun olaraq təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalə qoyulan tələblərə uyğun tam şəkildə tərtib olunaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına təqdim olunmalıdır.

Konfrans haqqında suallarınızı https://ibima.org/contact-us/ linkinə ünvanlaya bilərsiniz.

TOP XƏBƏRLƏR