A

Fevralın 5-də UNEC-də “Qarabağ iqtisadiyyatının dirçəlişində “Halal” qida industriyası: müasir çağırışlar və real imkanlar”  mövzusunda onlayn konfrans keçiriləcək.

UNEC  Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə keçiriləcək konfransda Milli Məclisinin deputatı, akademik  Ziyad Səmədzadə, İstanbul Sabahattin Zaim Universitetinin  “Helal qida Ar-Ge ve Mükemmeliyet Merkezi”nin müdiri, professor Hasan Yetim, Kabardin-Balkar Dövlət Aqrar Universitetinin “Qida texnologiyası” kafedrasının müdiri, professor Amina Djobaeva, UNEC-in professoru Zabit Aslanov, “İqtisadiyyat” qəzetinin baş redaktoru Aytən Səmədzadə çıxış edəcəkdir.

Konfransda “Dünya ərzaq bazarında “Halal” qida sektoru: qlobal çağırışlar və problemlər”, “İslam iqtisadiyyatında qida məhsullarının istehsalı və istehlakı məsələlərinə elmi baxış”, “Azərbaycanda halal sertifikatlaşdırma: real vəziyyət və perspektivlər”, “Ərzaq təhlükəsizliyinin təmin edilməsində təbii inkişaf (mühit) amillərinin rolu” mövzularında çıxışlar olacaq.

Konfrans UNEC EFTİED, UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin tərəfdaşları İstanbul Sabahattin Zaim Universiteti və Kabardin-Balkar Dövlət Aqrar Universitetidir.

Konfrans saat 11:-00-da UNEC-in rəsmi Facebook (unecedu) səhifəsindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR