1-2 aprel 2021-ci il tarixlərində İspaniyanın Cordoba şəhərində IBIMA elmi konfransı keçiriləcək.

Konfrans iqtisadiyyat, menecment, innovasiya, sahibkarlıq, təhsil, marketinq, insan resursları və maliyyə sahələrinə aid mövzulardan bəhs edir.

Məqalələrin son təqdim olunma tarixi: 5 mart 2021

Konfrans materialları ISBN: 978-0-9998551-6-4 nömrəli elektron kitab şəklində yayımlanacaq və konfransdan sonra Web of Science və SCOPUS-da indeksləşdirməyə təqdim olunacaq.

Konfrans şərtlərinə uyğun olaraq, təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalə qoyulan tələblərə uyğun tam şəkildə tərtib olunaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına təqdim olunmalıdır.

Virtual konfransda iştirak və məqalənin indekslənməsi 295 dollar təşkil edir.

Mövzular

Konfrans haqqında suallarınızı https://ibima.org/contact-us/  linkinə ünvanlaya bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay