A

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi Açıq Hökumət Məlumatlarından istifadə etməklə

“Bax, İstifadə et, Yarat!”adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini

ELAN EDİR

Müsabiqənin məqsədi: Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (

data.gov.az

) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir. Müsabiqənin şərtləri:- Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)- Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (

data.gov.az

) məlumatların ən azı birindən istifadə edilməlidir.- Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır. Müsabiqədə qiymətləndirmə meyarları:
N Meyar Bal Əmsal
1 Sosial əhəmiyyət (S) 0-10 3
2 Funksionallıq (F) 0-10 2
3 Tamlıq (T) 0-10 2
4 Dizayn (D) 0-10 2
5 Məzmun (M) 0-10 2

*

Yekun bal = 3xS + 2xF + 2xT + 2xD + 2xMYekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək. Müsabiqənin mükafat fondu:- 1-ci yer - 2000 AZN- 2-ci yer - 1500 AZN- 3-cü yer - 1000 AZN- İştirakçı tələbələr “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.- Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəlliflərinə 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;- Tələblərə uyğun mobil əlavə təqdim edən hər bir iştirakçıya “Elektron imza” sertifikatı təqdim ediləcək. DİQQƏT!“Bax, İstifadə et, Yarat!” müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq

data.gov.az

portalındakı

"Müsabiqələr"

menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.26.11.2017-ci il tarixində iştirakçılar münsiflər heyəti qarşısında müsabiqə üçün hazırladıqları mobil əlavənin təqdimatını etməlidir.Nəticələrin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgi çərçivəsində baş tutacaq. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay