A

Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək.

Artıq 12-ci ildir reallaşdırılan Olimpiadanın ilk mərhələsi aprelin 29-da, növbəti (final) mərhələsi isə mayın 5-də baş tutacaq. Olimpiadada iştirak etmək üçün 20 aprel 2018-ci il tarixinə qədər http://olimpiada.az saytı vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası Olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır. Hər komanda 1 rəhbərdən (müəllim) və 3 iştirakçıdan (tələbə-bakalavr) təşkil olunmalıdır.

Olimpiadanın 1-ci mərhələsi aprelin 29-da saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcəkdir. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR