A

UNEC Gənc Müəllimlər Şurası “Azərbaycan Xalq Cümhuriyyəti”nin yaradılmasının 100 illik yubileyinə həsr edilən müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

1. Gənc Müəllimlər Şurasının üzvləri olan müəllimlər rəhbərlik edərək araşdırma aparacaqları və təqdimat hazırlayacaqları tələbələri seçirlər. Tələbələr “Azərbaycan Xalq Cümhuriyyətinin” sosial-iqtisadi, tarixi, mədəni əhəmiyyəti haqqında çıxış və təqdimatlar hazırlamalıdırlar.
2. Təqdimatlar 11 may tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərilməlidir.
3. Şuranın İdarə Heyəti tərəfindən ən yaxşı 10 təqdimat seçilərək müsabiqəyə buraxılacaq. Müsabiqəyə buraxılan bütün təqdimatlar may ayının 15-i elan ediləcək.
4. Təqdimatı hazırlayan tələbələr daha sonra münsiflər heyəti qarşısında çıxış edecək və bu çıxışlar əsasında 1-ci, 2-ci və 3-cü yerlər müəyyən ediləcək.

İştirakçıya sertifikat, qaliblərə isə diplom və hədiyyələr təqdim olunacaq.

Təqdimatların son göndərilmə tarixi: 11 may
Qəbul edilən təqdimatların elanı: 15 may
Tədbirin keçirilmə vaxtı: 25 may 

London Universiteti/London İqtisadiyyat Məktəbi