A

Əziz UNEC tələbələri! Tələbə Elmi Cəmiyyəti “UNEC III Science Slam-İqtisadi baxış” beynəlxalq elm müsabiqəsinə start verir.

İdeya müəllifi alman əsilli Qriqor Benin olan “Science slam” yarışması keçirilmə üslubuna və qalibin müəyyən edilməsi qaydalarına görə çox maraqlı bir struktura malikdir. Belə ki, “Science slam”da siz araşdırdığınız mövzunu və yaxud hər hansı bir alimin elmi tədqiqatını 10 dəqiqə ərzində auditoriyaya çatdırmalısınız.  Araşdırmada iqtisadi baxış olmalıdır.

Müsabiqənin özəlliyi mövzunuzu auditoriyaya daha əyləncəli, elmi terminlərsiz, hər bir insanın anlayabiləcəyi dildə, natiqlik bacarığı ilə çatdırmaqdır. Qalibləri isə jüri və münsiflər heyəti yox, auditoriyada əyləşənlərin alqışlarının səs tezliyini ölçən xüsusi cihazla qiymətləndiririk.

Universitetimizdə tədris 4 dildə olduğuna görə müsabiqənin işçi dilləri Azərbaycan, Rus, İngilis və Türk dilləridir. Müsabiqədə ilk 3 yeri tutanlar Yekun Dövlət Attestasiyasından azad olunur, diplom və pul mükafatı qazanır. Digər yerlərin sahibləri isə sertifikatlarla təltif olunur.

“UNEC III Science Slam-İqtisadi baxış” beynəlxalq elm müsabiqəsi haqqında ətraflı məlumatı fakültələr üzrə keçiriləcək təlimlər zamanı əldə edə bilərsiniz. Təlimi sizlərə ötən 2 ilin qalibləri keçəcək və öz təcrübələrini sizlərlə bölüşəcəklər. Təlimlərin fakültələr üzrə qrafiki ilə burada keçiddən tanış ola bilərsiz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay