A

Ümümdünya irsi siyahısına daxil olan şəhərlər təşkilatının (OWHC) təşəbbüsü ilə 2-5 iyun 2019-cu il tarixində Polşanın Krakov şəhərində 5-ci “Ümumdünya İrs Şəhərində bir gün” adlı videoçarx müsabiqəsinin XV Ümumdünya Konqresinin keçirilməsi planlaşdırılır.

Konqresin mövzusu: “İrs və Turizm: Yerli icmalar və ziyarətçilər-ortaq məsuliyyət” olacaqdır. Konqres çərçivəsində videoçarx müsabiqəsinin gənc nəslin ümumdünya irsi ilə bağlı biliklərinin öz şəxsi baxışları nöqteyi nəzərdən ifadə olunması məqsədilə keçirilməsi nəzərdə tutulub.

Mövzusu “Sənin Ümumdünya İrs Şəhərində bir günün olsaydı” kimi müəyyən edilmiş müsabiqəyə təqdim ediləcək videoçarx bir sıra suallar ətrafında hazırlana bilər, o cümlədən, “əgər bir gün vaxtınız olsaydı, şəhərin hansı yerlərini qonağınıza göstərirdiniz?”.

Müsabiqənin digər istiqaməti olan “İRS və Turizm” blokunda iştirak etmək istəyən gənclər öz videoçarxlarında “Zəngin irsi olan şəhərə turizm necə təsri edir?”, “Turizm sənayesində irs mühüm vasitədirmi?”, “Turizmin şəhər irsinə təsiri baxımından: bu müsbətdir yoxsa mənfidir?” kimi suallara toxuna bilərlər.

Müsabiqədə 14-17 və 18-21 yaş aralarında olan gənclər iştirak edə bilərlər. Videoçarxların təqdim edilməsi üçün son tarix 15 mart 2019-cu ildir. Təqdim edilən videolar 5 dəqiqəni keçməməlidir, şəhərin görməli yerləri təqdim edilməlidir, həmçinin, süjetdə mətn olmalıdır. Çarxları peşəkar kamera və ya digər elektron qurğu, o cümlədən, mobil telefonla aparmaq olar.

Müsabiqə barədə ətraflı məlumatı OWHC saytından əldə etmək olar. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR