A

UNEC-də növbəti dəfə Startap Günləri təşkil ediləcək.

3-4 may tarixlərində keçiriləcək Startap Günlərinin məqsədi yeni startapların yaradılmasına təkan vermək, bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək göstərmək, internet biznes və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərində tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də keçiriləcək. Eyni zamanda yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin bu sahəyə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq. Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda həmin layihələrin təqdimatları və müsabiqəsi təşkil olunacaq. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, UNEC və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR