Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.

Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.

  • Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
  • Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;
  • Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;
  • Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;
  • Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;
  • Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti

Müsabiqənin şərtləri haqda ətraflı məlumat:

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 ünvanına göndərə bilərlər.

Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay