A

Creative Spark proqramının bir hissəsi olaraq, British Council tələbələrin sahibkarlıq bacarıqlarını artırmaq üçün “Creative Spark Big Idea” video müsabiqəsi  keçirir.

Müsabiqəyə əsasən, UNEC-də təhsil alan tələbələr ideyalarından asılı olaraq, hansı kateqoriyaya daxil olmaq istədiklərini bildirməlidirlər (hər ideya yalnız bir kateqoriyaya daxil ola bilər).

Müsabiqədə üç kateqoriya var:

  1. Rəqəmsal Texnologiya (Digital Technology)- yeni proqram və ya aparat işlənib hazırlanması və tətbiqi ilə bağlı fikirlər;
  2. Sosial Təsir (Social İmpact)- sosial daxilolma və gender bərabərliyini həll edən və ya təmsil olunmayan icmaların və hüdudların kənarındakı hədəfləri düşündürən fikirlər;
  3. Yaradıcı  (Creative)- yeni bir məhsul, sərgi və ya mədəni mühitin daha canlı olması ilə bağlı fikirlər. Yaradıcı insanların yeni auditoriyaya çatmasına kömək edən fikirlər də bu kateqoriyada nəzərdən keçiriləcək.

Təqdim olunan videolar 60 saniyə və ingilis dilində olmalıdır. Videolar həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. 

İdeyalarınıza dəstək məqsədi ilə Birləşmiş Krallıqdan olan müəllim (University of Greenwich)  martın 12-də UNEC-də tələbələrin təqdim edəcəkləri ideyaları dəyərləndirəcək.

UNEC-dən təqdim olunan videolar arasından 10 şəxs (komanda) seçilərək, növbəti mərhələyə keçəcək.

Müraciət edən şəxslərdən xahiş olunur ki, fərdi/komanda üzvlərinin adlarını (maksimum 3 nəfər), ideyalarının adını və 60 saniyəlik videolarını email ünvanları ilə birlikdə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına göndərsinlər.

Müraciət üçün sonun tarix: 30 mart 2020-ci il

Ətraflı məlumat: https://creativespark-bigidea.uk/

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay