A

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” adlı esse müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri Türk dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir.

Müsabiqədə iştirak edəcək tələbələr özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) 3 (üç) səhifədən az olmamaq şərtilə, ana dili və ingilis dilində 15 may 2020-ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərməlidirlər.

Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcək. Qaliblər diplom və mükafatlarla təltif olunacaq.

TOP XƏBƏRLƏR