Dünya İrs Şəhərləri Təşkilatı (OWHC) “Beynəlxalq Video müsabiqə - 2021-ci il buraxılışı “Yeni başlanğıc.  Yeni baxış.  Yeni şəhər”” mövusunda müsabiqə elan edir.

Müsabiqə 14 -17 və 18 -21 iki yaş qrupu üçün nəzərdə tutulub. Müsabiqəyə qatılan iştirakçılar Dünya İrs şəhərlərindən biri haqqında maksimum beş dəqiqəlik video hazırlamalıdır. Video OWHC YouTube kanalında yayımlanacaq.

BEYNƏLXALQ MÜSABİQƏNİN MÜKAFATLARI

Hər iki yaş qrupunun qalibləri rəsmi olaraq 2021-ci il sentyabrın 7-dən 10-dək Kvebek (Kanada) şəhərində keçiriləcək OWHC Dünya Konqresi zamanı təşkil ediləcək mərasimdə elan ediləcəkdir.  Qalib gələn şəhərlərin merləri və ya nümayəndələri nitq söyləməyə dəvət ediləcəklər.  Konqresdən sonra qaliblərə aşağıdakı beynəlxalq mükafatlar veriləcək:

  • 14-17 yaşlı kateqoriyanın qalibi üçün 1500 ABŞ dolları
  • 18-21 yaşlı kateqoriyanın qalibi üçün 3000 ABŞ dolları

Beynəlxalq səviyyəli gənc mükafatçılar və hər iki qalib gələn şəhərin merləri OWHC tərəfindən fəxri sertifikatla təltif olunacaq.

ƏTRAFLI

TOP XƏBƏRLƏR