A

Yanvarın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi ilə birgə startap müsabiqəsi keçiriləcək. 

Tədbirdə UNEC-in 55-dən çox tələbəsinin təmsil olunduğu komandalar 15 startap layihəsi təqdim edəcəklər. Tələbələrin hazırlığı “ISE Start-up Club”un yaradıcısı və UNEC-in gənc müəllimi Turan Süleymanov tərəfindən aparılıb.

TOP XƏBƏRLƏR