A

Martın 2-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində “Startaplar üçün layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi” (fundraising) mövzusunda təlim keçiriləcək.

Təlim startapçı və öz işini yeni qurmağa hazırlaşan gənclər üçün nəzərdə tutulub.

Sonda iştirakçılara sertifikat veriləcək.

Təlim ödənişsizdir.

Təlimdə iştirak etmək istəyənlər CV-lərini elektron ünvanına göndərə bilərlər.

Elektron poçtun mövzu/subject bölməsində təlim-strateji sözünü yazmağı unutmayın.

Təlim saat 10.00-dan - 13.00-dək Karyera Mərkəzində (UNEC-in əsas tədris binası, otaq 200) keçiriləcək.

Əlaqə telefonu: +99412 497 71 35 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay