A

UNEC-də “Kiçik və orta sahibkarlıq subyektlərinə marketinq dəstəyi” mövzusunda təlim keçiriləcək.

Təlim Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-də qəbul edilən strateji plan çərçivəsində təşkil olunacaq.

UNEC-in Karyera Mərkəzinin direktoru, Gənc Müəllimlər Şurasının üzvü Ramil Cabbarovun aparacağı təlim marketinq strategiyalarının qurulmasında müştəri davranışları, qiymət siyasətinin müəyyənləşdirilməsi, məhsul anlayışı və kommunikasiya mesajının təyini, reklam strategiyalarının seçim meyarları, marketinq auditi və təkmilləşmə mexanizmləri, digital marketinq, marketinq büdcəsinin qurulması və istifadə meyarları, minimum büdcə ilə maksimum təbliğat, Big Data, və marketinq araşdırmalarını əhatə edəcək.

Təlim 7 noyabr saat 16:00-da UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6, 305 saylı otaq) olacaq.

Təlimdə iştirak etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanında qeydiyyatdan keçmək lazımdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR