SABAH mərkəzi tələbələrdə elmi tədqiqat bacarıqlarının formalaşması və inkişaf etdirilməsi məqsədilə “Tədqiqat metodları” adlı təlim-seminarlara start verib.

Diplom işləri və elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi vacibliyini nəzərə alaraq təlimlər də 3 və 4-cü kurs tələbələrinin iştirakı arzuolunandır. Təlimdə tələbələrə tədqiqat metodları, “data”ların toplanması, hipotezlərin formalaşması və s. barədə ətraflı məlumat veriləcək. Təlimin sonunda isə iştirakçılar öz məqalələrini təqdim edəcəklər.

Təlim 24 noyabr-29 dekabr tarixinədək hər həftənin şənbə günləri saat 11:00-13:00 aralığında keçiriləcək.

Təlimi SABAH mərkəzinin müəllimi Rövşən Camalov aparacaq.

İştirak etmək üçün qeydiyyatdan keçmək kifayətdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay