Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsi nəzdində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında mühasibat uçotunun təşkili” üzrə 60 saatlıq intensiv kurslar təşkil edilir.
Kurs mühasibat uçotu sahəsində çalışan və bu istiqamətdə bilik və bacarıqlarını təkmilləşdirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Kurs çərçivəsində tədris 5 həftə davam edəcək. Təlimlərin həftədə 3 dəfə, hər gün 4 saat olmaqla 12 saat (bazar ertəsi, çərşənbə və cümə günləri, saat 18:40 – 21:50) keçirilməsi nəzərdə tutulmuşdur.
Dərslər UNEC-in təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaq.
Təlimçilər:
dos. Vaqif Quliyev;
dos. Ənvər Salahov;
dos. Hafis Hacıyev;
Abdulkərim Sadıqov.
Kursun sonunda keçiriləcək imtahanda müvəffəq qiymət alan dinləyicilərə müvafiq sertifikat təqdim olunacaq.
Kurs UNEC-in 1 saylı tədris binasında (İstiqlaliyyət küçəsi, 6 auditoriya 226) təşkil olunacaq.
Müraciət üçün son tarix: 8 fevral 2019.
Təlimlər ödənişlidir.
Qeydiyyatdan keçmək və əlavə məlumat almaq istəyənlər aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilərlər:
+994 12 492 60 54;
+994 77 388 44 22 (“WhatsApp”la əlaqə üçün).