A

UNEC tələbə və magistrlarının nəzərinə!

UNEC Karyera Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə təşkilatçılığı ilə 5 fevral saat 15.00-da UNEC-in əsas tədris binasının Böyük akt zalında xüsusi təlim keçiriləcək. Təlim zamanı dövlət vergi orqanlarına işə qəbulla bağlı bütün suallarınıza cavab tapacaqsınız! Hazırlıq prosesi, testlər, qanunvericilik, məcəllələr və önəmli məqamları əhatə edəcək təlimə qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün: bit.do/vergi-telimi

Təlimçi İlkin Dövlətov 2010-2014-cü illərdə Ərazi Vergilər İdarəsinin şöbə rəisi, 2014-2016-cı illərdə Vergilər Nazirliyinin Baş dövlət vergi müfəttişi, 2017-ci ildə Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinin şöbə rəisi, 195 Çağrı Mərkəzi Departamentinin Baş dövlət vergi müfəttişi, 2017-ci ildən Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi kimi peşəkar karyeraya sahibdir.

TOP XƏBƏRLƏR