UNEC-də “High-Tech Eurkite” şirkətinin həmtəsisçisi, Hollandiyada yaşayan azərbaycanlı Bəhruz Məmmədovla start-up yolu və uğur prinsipləri mövzusunda təlim keçiriləcək.

Təlim Karyera Mərkəzi və “İSE Startap Club”ın birgə təşkilatçılığı ilə keçiriləcək.

Təlimdə iştirak etmək üçün qeydiyyat: https://goo.gl/forms/XzN3x0oHp3QZ2YLF3
Tarix: 12 mart, saat 11.00

Məkan: UNEC, əsas bina, Karyera Mərkəzi (otaq 200).

Bəhruz Məmmədov haqqında: 2004-2008-ci illərdə Gəncə Dövlət Universitetində kimya ixtisasını bakalavr pilləsi üzrə bitirib. 2004-cü ildə Buxar mühəndislik şirkətində, 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədənçilik şirkətində kimyaçı olaraq çalışıb. 2012-ci ildə Hollandiyada Tvente Universitetində kimya mühəndisliyi üzrə magistr dərəcəsini bitirib. Tədqiqat sahəsi nanomaterial olan B.Məmmədov elastik seramik nanomateriallar üzrə magistr dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Müdafiə etdikdən sonra, Almaniyanın Ludwigshafen şəhərində BASF şirkətində çalışıb. Onun işi katalitik tətbiq üçün metal oksid nanopartikullarının sintezindən ibarət idi. 2015-ci ildə B.Məmmədov Hollandiyanın Enschede şəhərində nanomaterial üzrə ixtisaslaşmış Eurekite (https://www.eurekite.com/) şirkətini qurub. Eurekite nanofiberlərə əsaslanan differensial kompozisiyalardan keramika materialları hazırlayır. Şirkət American venture capital firm Cottonwood (https://www.cottonwood.vc/) tərəfindən təxminən 3,4 milyon avro sərmayə qazanıb. Hazırda Eurekit sənaye istehsalının inkişafına yönəlib. B.Məmmədov Kaliforniya Berkleydə ABŞ-da başlanğıc Flux texnologiyasını CEO olaraq idarə etmək təklifi alıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay