Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən KİL Dünya İqtisadiyyatı İnstitutu (https://www.ifw-kiel.de) haqqında məlumat daxil olmuşdur.

Almaniya Federal Hökuməti və Şlezvinq-Holştayn federal torpağı tərəfindən maliyyələşdirilən İnstitut qlobal iqtisadi məsələlərdəki təxirəsalınmaz problemlərin həlli yollarının araşdırılması üzrə ixtisaslaşmışdır və bu mövzuda beynəlxalq iqtisadi siyasətdəki mühüm inkişaf barədə ictimaiyyəti məlumatlandırır.

İnstitut tərəfindən aparılan tədqiqatlar aşağıdakı sahələr üzrə qruplaşdırılmışdır:

Beynəlxalq iqtisadiyyat:

  • Beynəlxalq əmək bölgüsü;
  • Biliyin yaradılması və artırılması;
  • Qlobal problemlərə sosial və davranış yanaşmaları;
  • “Leibniz” Elm Kampusu: Kil Qloballaşma Mərkəzi.

Davamlı inkişaf:

  • Ətraf mühit və təbii resusrslar;
  • Yoxsulluğun azaldılması, ədalət və inkişaf.

Makroiqtisadi fəaliyyətlər:

  • Beynəlxalq maliyyə və qlobal idarəçilik;
  • Makroiqtisadi siyasət;
  • Qlobal səhiyyə iqtisadiyyatı

Siyasət Mərkəzləri:

  • Proqnozlaşdırma Mərkəzi;
  • Qlobal Təhdidlər Mərkəzi.

İnstitut tərəfindən mütəmadi olaraq, iqtisadi siyasət və Yay Akademiyası təşkil olunur və İnstitutda 1-2 həftəlik intensiv kurslar tədris edilir.

İnstitut beynəlxalq əməkdaşlıqda və şəbəkələşmədə maraqlıdır. Qarşılıqlı maraq doğuran mövzular üzrə müvafiq xarici institutlarla birgə tədqiqat işlərinin yazılıb, dərc edilməsi, birgə layihələrin həyata keçirilməsi və qonaq elmi işçi statusunda “master class” keçmək üçün ölkəmizə səfərlərin mümkünlüyü vurğulanmış, maraq olacağı təqdirdə bu barədə instituta məlumat verilməsi xahiş olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay