30 aprel 2019-cu il, saat 9.30-da UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova və “EBSCO”-nun Azərbaycan üzrə koordinatoru Mehmet Can Soyulmazın təqdimatında “UNEC kitabxanasındakı elektron resurslardan effektiv istifadə” mövzusunda online-təlim keçiriləcəkdir.

Təlimdə UNEC-in abunə olduğu elektron bazalardan, xüsusilə “EBSCO” məlumat bazasının tammətnli elektron resurslarından istifadə qaydalarından, axtarış sisteminin iş prinsiplərindən danışılacaq, axtarışın asanlaşdırılması yolları nümayiş olunacaq, suallar cavablandırılacaqdır.

Təlimdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:
https://ebsco-turkey.webex.com/ebsco-turkey/j.php?MTID=m56a78e20f097f66f873918eef991c597
(JOIN WEBEX MEETING). 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay