18 oktyabr 2019-cu il tarixində UNEC-də Beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları) haqqında təlim keçiriləcək.

Təlimçi qismində Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti çıxış edəcək. Təlimdə professorlar, müəllimlər, fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar, tədqiqatçılar, tələbələr o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilər.

Təlim saat 14:30-da UNEC-in II tədris binasının (Həsən Əliyev küçəsi 135) Kiçik Akt zalında keçiriləcəkdir.

Proqram

Əlaqə: (012) 492 72 98 (Şəfa Əlizadə)

TOP XƏBƏRLƏR