UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbər müavini, ABŞ Texas A&M Universitetinin Tətbiqi İqtisadiyyat Departamentinin doktorantı, İnsan Davranışları Laboratoriyasının baş meneceri Samir Hüseynov tərəfindən UNEC-in professor-müəllim heyəti üçün STATA proqramının öyrənilməsi ilə bağlı onlayn təlim təşkil olunacaqdır.

Məlumat üçün bildiririk ki, STATA 1985-ci ildə StataCorp tərəfindən yaradılan ümumi məqsədli bir statistik proqram paketidir. Bu proqram paketindən istifadə edənlərin əksəriyyəti tədqiqat sahəsində, xüsusən də iqtisadiyyat, sosiologiya, politologiya, biotibbi və epidemiologiya sahələrində çalışan mütəxəssislərdir.

Onlayn təlimə qoşulmaq istəyənlər 24 fevral 2020-ci il tarixinədək EFTİED-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonu: (012) 492-72-98 (Tədqiqat mərkəzlərinin işinin əlaqələn­diril­məsi və təşkili şöbəsi)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay