A

Xüsusi iqtisadi zonaların (XİZ) nəhəng potensialını İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sənayeləşmə, infrastrukturun inkişafı, məşğulluq, ticarət və iqtisadi artımın hərəkətverici qüvvələri kimi tanıyan BTBU-ECOSF Birgə Təlim Mərkəzi “Bir kəmər, Bir yol”un təşəbbüsü çərçivəsində xüsusi iqtisadi zonaların idarəedilməsi və inkişafı ilə bağlı 22-23 dekabr 2020-ci il tarixlərində iki günlük virtual təlimlər keçirəcək.

Təlimdə iştirak etmək istəyənlər 17 dekabr 2020-ci il tarixinədək http://ecosf.org/signup.aspx  saytında qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçdikdən sonra ZOOM linkinə giriş barədə məlumat veriləcək.

Qeyd: İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu Pekin Texnologiya və Biznes Universiteti ilə birlikdə “Bir kəmər, bir yol” alyansının təşəbbüsü ilə elm, texnologiya və iqtisadi əməkdaşlıq çərçivəsində Pekin şəhərində birgə Tədris Mərkəzi (BTBU-ECOSF) qurub. Tədris Mərkəzinin əsas məqsədi insan resurslarına xidmət platforması yaratmaq və “Bir kəmər, Bir yol” alyansının təşəbbüsü ilə Çin müəssisələri və iştirakçı ölkələrin ümumi hədəflərini təbliğ etmək üçün sahələrarası və fənlərarası beynəlxalq təlim proqramları hazırlamaqdır.

Təlimin proqramı

TOP XƏBƏRLƏR