A

UNEC əcnəbi tələbələrini təqdim edir:

Qazaxıstan vətəndaşı Janna Şmidt. Janna UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin I kursunda təhsil alır.

- Janna, Qazaxıstanda iqtisadyönümlü universitet olduğu halda, niyə UNEC-i seçdiniz?

-Bəli, orda da iqtisadyönümlü universitet var. Lakin Azərbaycanda olan qohumlarımız UNEC-i məsləhət gördülər. Bildirdilər ki, UNEC Qafqazın ən böyük və nüfuzlu iqtisadyönümlü universitetdir. Onlar belə deyəndən sonra maraqlanmağa başladım. Universitetin saytına daxil olub xeyli məlumat aldım və əmin oldum ki, mən ali təhsilimi məhz Azərbaycan Dövlət İqtisad Universitetində almaq istəyirəm. İndi hər gün nə qədər doğru qərar verdiyimin fərqinə varıram. UNEC-də təhsilin səviyyəsindən çox razıyam. Oxumaq üçün hər çür şərait var. Əcnəbi tələbələrə də xüsusi diqqətlə yanaşırlar.

- Burada tələbə həyatı necədir? Dostlarınız varmı?

  • Tam əminliklə deyə bilərəm ki, biz - əcnəbi tələbələr Azərbaycanda bir gün də olsun başqa ölkədə olduğumuzu hiss etməmişik. O qədər dostlarımız var ki! Boş vaxtlarımızda bir yerə toplaşırıq, gəzir, söhbət edir, vaxtımızı əyləncəli keçiririk. Dərsən sonra “İçərişəhəri” sevməyi sevirəm. Burada sanki Azərbaycanın tarixi ilə üz-üzə dayanıram. Dostlarıla birlikdə rayonlara da səyahət edirik. Qubada, Qusarda,Ucarda olmuşuq. Göyçayda “Nar Bayramı”nda iştirak etdim və bu, mənim üçün çox maraqlı oldu.
  • - Ölkələrimiz arasında hansı oxşar və ya fərqli cəhətləri görürsünüz?
  • -Sizdə milli mentalitet bizə nisbətdə daha sərtdir. Baxmayaraq ki, Qazaxıstan da müsəlman ölkəsidir, dini dəyərlərimiz eynidir, lakin orada sərbəstlik daha çoxdur. Mən geyimi, oğlanlarla münasibəti nəzərdə tuturam və bu, mənin çox xoşuma gəlir.
  • -Azərbaycanda qalıb işləmək haqda düşünürsünüz?
  • -Bu barədə hələ düşünməmişəm, amma niyə də olmasın. Mən Azərbaycanı ikinci vətənim hesab edirəm.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay