A

Qadın dünyası çox qarmaqarışıq, mürəkkəb və eyni zamanda ziddiyyətlərlə dolu olan bır aləmdir. Qadin anadır, qadın ömür-gün yoldaşıdır, qadın övladdır, işgüzar xanımdır, deputatdır, dövlət xadimidir və sair və ilaxır…Ancaq unutmayaq ki, bütün bu ağır yükü çiyinlərində daşımağa məhkum olan məxluq zərif qadınlardır. Və onlar həyat yollarındakı bu ağır yükü daşımaqla bərabər, boş vaxt tapdıqca öz xəyal dünyaları ilə baş-başa qalır, hər biri yaradıcılıq aləminin bir sahəsində özünü sınamaq istəyir. Şerə marağı olan şer yazır, tikişə marağı olan tikiş tikir, rəsmə marağı olan rəsm çəkir… Necə ki, bizim qəhrəmanımız Xalidə xanım kimi.

UNEC-nin Tələbə şöbəsinin müdiri Xalidə Yusifova ilə müsahibəni təqdim edirik:

- Xalidə xanım, UNEC-dəki əmək fəaliyyətinizə qısaca nəzər salaq.

– 1993-cü ildən Ümumi şöbədə müdür vəzifəsində çalışmışam. 1996-cı ildən bu günə kimi isə Tələbə şöbəsinə rəhbərlik edirəm. Əminliklə deyə bilərəm ki, məni universitetin hər hansı bir sahəsinə göndərsələr belə, orada da can-başla çalışmağa hazıram. Çünki UNEC-i özümün doğma evim hesab edirəm.

  • Siz həm də tədris sahəsində çalışırsınız..
  • .– “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dərs deyirəm. İqtisad elmləri namizədiyəm. Müəllim peşəsinə gəldikdə isə mən deyərdim ki, bu çox şərəfli bir işdir. Hər dəfə auditoriyaya daxil olub, tələbələrlə ünsiyyətdə olduqda, inanın ki, cavanlaşıram. Onlara öz ixtisasımla bağlı nələrisə öyrədə bilirəmsə özümü dünyanın ən xoşbəxt insanı sanıram
  • .- Tələbə şöbəsinə rəhbərlik etmək və müəllimlik fəaliyyəti ilə yanaşı, həm də rəssamlıqla məşğulsunuz. Bu qədər işi bir araya necə sığdıra bilirsiniz?
  • – İnsan sevdiyi işlə məşul olduqda, ona hər zaman vaxt tapa bilir. Bir az yatmağın, bir az gəzməyin, bir az daha nə bilim nələrinsə hesabına hər şeyə nail olmaq olar. Təki ürəkdə istək olsun. Rəssamlıq mənim hobbimdir və emalatxanama da eyni ilə auditoriyaya daxil olduğum sevgi və həvəslə daxil oluram.
  • - Nə zamandan rəsm çəkməyə başladınız?
  • – Vallah, nə zamandan başladığımı deyə bilmərəm. Bir neçə rəsm işini tamamlayıb bitirmişdim. Tanış-bilişlər, yaxın qohum-əqrəbalar, ev adamları mənim işlərimə baxıb nəsə pıçıldaşırdılar. Soruşmağa utanır, gizlində saatlarla oturub öz işlərimə tamaşa edir, yavaş-yavas hiss etməyə başlayırdım ki, məndə nələrsə alınmağa başlayır.
  • - Xalidə xanım, əsasən hansı janrlarda rəsm çəkməyə üstünlük verirsiniz? Hansı üslubu özünüzə daha yaxın hiss edirsiniz?
  • - Müasir həyatımızın təsvirinə həsr edilmiş mənzərə əsərləri öz orijinallığı, ifadə yeniliyi ilə diqqətimi cəlb edir. Həmçinin dəniz və səma mövzuları mənim daim diqqət mərkəzimdədir.
  • - UNEC-də keçirilən rəsm sərgilərində dəfələrlə iştirak edib və müsabiqələrin qalibi olmusunuz. Bununla bağlı nə deyə bilərsiniz?

– UNEC-də təşkil edilən bütün sərgilərdə iştrak etmişəm. Hər dəfə də müxtəlif əsərlər təqdim edib, birinci və ikinci yerlərin qalibi olmuşam. Həmçinin Bakıda fərdi yaradıcılıq sərgim də keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR