A

Sentyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) online radiosu – Radio UNEC-in fəaliyyətə başlamasının bir illiyi qeyd edilib.UNEC rektoru, professor Ədalət Muradovun adından kollektivi təbrik edən tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova  qısa müddət ərzində radionun böyük uğurlara imza atdığını bildirib. Qeyd edib ki, bir illik fəaliyyəti ərzində təhsil, elmi-kütləvi, əyləncəli, universitet həyatından bəhs edən layihələrlə efirdə olan Radio UNEC eyni zamanda ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə dinləyicilərini məlumatlandırıb.Tələbələrin asudə vaxtının daha səmərəli keçirməsində Radio UNEC-in müstəsna rolundan söz açan tədbir iştirakçıları aparıcılıq dövründə tələbələrin yaradıcılıq potensialının üzə çıxması ilə yanaşı, onlarda natiqlik bacarığının formalaşmasına da səbəb olduğunu qeyd ediblər. Qeyd edilib ki, tələbə radiosu kimi işə başlayan Radio UNEC-də  universitetin professor-müəllim heyətininin və digər əməkdaşlarının da müəllifi olduğu verilişlərin yayımı həyata keçirilib.Tədbirdə Radio UNEC-in ötən bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.Sonra Radio UNEC-in fəaliyyətinin daha da təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə fikirlər səsləndirilib və yeni radio layihələrilə bağlı təkliflər irəli sürülüb.Sonda radionun fəaliyyətində xüsusi rolu olan layihə müəlliflərinə fəxri fərmanlar verilib:

  1. “NLP master” layihəsinə görə – Doktorantura şöbəsinin müdiri  Həmid Həmidov
  2. “Vizyon” layihəsinə görə – UNEC rektorunun köməkçisi Ramil Cabbarov
  3. “Diskurs.az” layihəsinə görə – UNEC-in Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadə
  4. “Günün trendi” layihəsinə görə – SABAH qrupunun III kurs tələbəsi Firəngiz Quliyeva və Əmtəəşünaslıq fakültəsinin III kurs tələbəsi Sədaqət Məmmədli
  5. “Bilmədiklərimiz” layihəsinə görə – İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Xəyalə Yevkiyeva
  6. “Call student” layihəsinə görə – Maliyə fakultəsinin II kurs tələbəsi Aytən Həsənova və Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Eşqin Cəfərov
  7. “Xəbərlər”in aparıcısı – UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin əməkdaşı Səbinə Nuriyeva

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR