A

UNEC-in rektoru, professor Ədalət Muradov Radio UNEC-in qonağı olub. Rektor “UNEC imtahan” verilişində tələbələrin qış imtahan sessiyası ilə bağlı suallarını cavablandırıb.Müraciətlər arasında daha çox test və imtahan suallarının keyfiyyəti, bir qaibla imtahana buraxılma və imtahan nəticələrinə bir balın əlavə edilməsi üstünlük təşkil edib. Tələbələrin yanlış testlərlə bağlı suallarını dinləyən rektor qeyd edib ki, hər bir yanlış testə görə tələbələrin verdiyi cavab doğru sayılacaq. Ə.Muradov belə hallarla qarşılaşan tələbələri öz hüquqlarını müdafiə etməyə çağırıb.

UNEC-in Zaqatala filialından da müraciətlər daxil olub. Əsasən ixtisasların sayının artırılması ilə bağlı səsləndirilən müraciətlərə cavab olaraq bildirilib ki, yeni tədris ilindən filialda turizm və otelçilik ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək. Gələcəkdə isə ixtisasların sayının daha da artırılması nəzərtə tutulub.Rektor dərsliklərlə bağlı sualları da cavablandırıb. Qeyd edib ki, UNEC-də Tərcümə Mərkəzi fəaliyyətə başlayıb və yaxın zamanda mərkəz dünyanın nüfuzlu universitetlərinin dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsinə başlayacaq.

Ə.Muradov UNEC-də dərslərin və imtahan sessiyasının ictimaiyyətə açıq olduğunu bir daha xatırladaraq, valideynləri, QHT, KİV və bütün ictimaiyyət nümayəndələrini imtahan prosesini izləməyə dəvət edib.

Sonda tələbələrə imtahanlarda uğurlar arzulayan rektor onlara müraciət edib: “Biz tələbəyönümlü universitet qururuq, tələbələrin hər bir təklifi, narazılığı bizim üçün önəmlidir. Əgər sizin UNEC-də gördüyünüz qüsurlar varsa, tələbənin hüququ pozularsa yetər ki, bu barədə bizə məlumat verin. Biz tələbənin hüququnu müdafiə etməyə hazırıq”.

Veriliş Facebook sosial şəbəkəsi ilə canlı yayımlanıb. Rektorun çıxışını dinləmək üçün videogörüntünü təqdim edirik.

VİDEO

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay