A

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının təşəbbüsü ilə Ulduz Hazırlıq Mərkəzinin dinləyiciləri valideynləri ilə birlikdə UNEC-də infoturda olublar. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanış olan valideynlər UNEC brendi haqqında kifayət qədər məlumatlı olduqlarını bildiriblər: “Hər valideyn övladının gələcəyini parlaq görmək istəyir. Son vaxtlar istər KİV-dən izlədiyimiz xəbərlərə, istərsə də ictimai fikirdə formalaşan rəyə əsasən, deyə bilərik ki, burada övladlarımız əmək bazarının tələbələrinə cavab verən peşəkar kadr kimi yetişəcəklər”.

Əsasən Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH Qrupları ilə maraqlanan şagirdlərin hər iki fakültənin rəhbərliyi ilə görüşü təşkil edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin dekanı Anar Rzayev və SABAH Qruplarının rəhbəri Aida Quliyeva ixtisaslar, mübadilə və ikili diplom proqramları, karyera imkanları barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar. İnfotur çərçivəsində şagirdlər birinci dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. İlk dəfə UNEC-də tətbiq edilən “Elektron Universitet” modeli şagirdlərin xüsusi marağına səbəb olub.Sonra “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi Yeganə Həkimova maliyyə ixtisası ilə maraqlanan şagirdlərə ixtisas haqqında ətraflı məlumat verib. Peşənin spesifikası, üstünlükləri və perspektivləri barədə abituriyentlərin suallarını cavablandırıb.

Qış imtahan sessiyasını müşahidə edən qonaqlara UNEC-də yalnız imtahanların deyil, eləcə də dərslərin ictimaiyyətə açıq keçirildiyi bildirilib. Valideynlər bu yeniliyi yüksək qiymətləndiriblər: “Dərslərin açıq keçirilməsi övladlarımızın ixtisas seçimində böyük rol oynayacaq. Eyni zamanda, biz valideynlər də dərslərin gedişini izləməklə, övladlarımızın gələcəkləri üçün həlledici məqam olan universitet seçimlərində yanılmadıqlarını əvvəlcədən öyrənə biləcəyik”.İnfoturda şagirdlərə Yunus Sosial Biznes Mərkəzi, İnnovativ Biznes İnkubator, Maliyyə Laboratoriyası, Virtual Müəssisə, kitabxana, Yaradıcılıq Mərkəzi və Radio UNEC barədə də məlumat verilib. 

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR