A

100 illik tarixə malik, Böyük Britaniyanın nüfuzlu ali məktəbləri sırasında yer alan Lester Uniersitetinin prezidenti, professor Paul Boyle və onun komandası UNEC-də səfərdə olub.  Regiona ilk səfərini universitetdən başlayan professor Paul Boyle təəssüratlarını və hər iki təhsil ocağı arasında gələcək əməkdaşlıq məsələlərini Radio UNEC-in efirində professor-müəllim heyəti və tələbələrlə bölüşüb.Müsahibənin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Xahiş edirik, universitetiniz haqqında qısa məlumat verərdiniz…İlk öncə universitetinizi ziyarət etdiyimizdən məmnunluq duyduğumuzu qeyd etmək istərdim.  Bu regiona ilk səfərimizdir və buna baxmayaraq UNEC bizdə böyük təəssürat oyatdı. Qısa müddətdə universitetinizdə yenidən səfərdə olacağıma ümid edirəm.

Lester universitetinin əsası II dünya müharibəsindən sonra qoyulub və 100 illiyimizin tamamlamağa yaxın olduğumuzu qeyd etməkdən qürur duyuram. Universitetimiz müxtəlif ixtisaslarda təhsil alan 30 mindən çox tələbəyə sahibdir. Bizim üçün böyük əhəmiyyət kəsb edən mövzulardan biri Lester universitetinin bu regionda nüfuzunu genişləndirmək istəyi və bu məqsədi həyata keçirmək üçün regionun ən güclü, nüfuzlu universitetləri ilə birgə əməkdaşlıq qurmaqdır. Hal-hazırda burada olmağımızın səbəbi budur. Səfərdə olduğumuz qısa müddətdə UNEC-in professor-müəllim heyəti, əməkdaşları, həmçinin rektoru bizdə böyük təəssürat oyatdı və ümid edirik ki, universitetlərimiz arasında innovativ və davamlı əməkdaşlığın əsasını qoyacağıq. UNEC-lə qısa tanışlığınız oldu. Universitetimizlə bağlı təəssüratınız necədir?

Qeyd etdiyim kimi bu regionda və UNEC-də ilk dəfədir ki səfərdə oluram və universitetinizlə bağlı əldə etdiyimiz məlumatlara əsasən deyə bilərəm ki, UNEC regionda böyük əhəmiyyət kəsb edən universitetlərdən biridir və dövlət tərəfindən böyük dəstəyə sahibdir. UNEC bir sıra innovativ proqramlara sahibdir və bu universitetlərimiz arasında əməkdaşlıq qurmağa əsas verir. Eyni zamanda UNEC-lə daha iddialı hədəflərə nail olmaq üçün universitetlərimiz arasında yeni, davamlı əməkdaşlıq qurmaq niyyətindəyik.

Universitetlə gələcək əməkdaşlığınızı necə görürsünüz?

Lester universiteti bu yaxınlarda Çində yeni universitet binasının əsasını qoydu. Hansı ki bu universitetin Çində fiziki mövcudluğunu həyata keçirərək digər Çin universitetləri ilə də tələbə mübadiləsinin baş tutmasına şərait yaradacaqdır. Eyni hədəfləri biz UNEC-lə həyata keçirmək niyyətindəyik. Hazırda hədəflərin texniki detallarını müzakirə edirik. Heç şübhəsiz bu fəaliyyətlər universitetlərimiz arasında françayzinq və bənzər əməkdaşlığı təşviq edəcəkdir.

Anar müəllim, siz necə hesab edirsiz, UNEC Lester universiteti ilə əməkdaşlığı necə görür?Məlumatınız olduğu kimi, UNEC ilə Lester universiteti arasında əməkdaşlığın əsası qoyulmuşdur və biz professor Paul Boyle universitetimizdə görməkdən böyük məmnunluq duyuruq. Lester Universitetinin Davamlı Professional İnkişaf Departamenti mövcuddur və bunun vasitəsilə biz professor-müəllim heyətinin bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Erasmus+ proqramı çərçivəsində əməkdaşlığa əsasən hal hazırda 3 tələbəmiz Lester universitetində təhsil alır. Biz həmçinin professor-müəllim heyəti mübadiləsini də həyata keçirməyə çalışırıq. Universitetlərimiz arasında əməkdaşlıq imkanları genişdir və bu gün bütün istiqamətləri üzrə hörmətli rektorumuzla müzakirələr aparıldı. Belə təkliflərin içərisində kifayət qədər əhəmiyyətli, eyni zamanda bütövlükdə Azərbaycan təhsil sisteminə töhvə verəcək məsələlər də var.

Hörmətli qonaqlar, iştirakınız üçün təşəkkür edirik![audio mp3="http://unec.edu.az/application/uploads/2017/02/Vizyon-Ingilis-qonaq.mp3"][/audio]

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR