A

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Radio UNEC-in “Vizyon+” verilişinin qonağı olub.

Z.Məmmədov dinləyicilərə UNEC-in nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” V Beynəlxalq Avrasiya İqtisadi Forumundakı iştirakından bəhs edib. O, UNEC-in rektoru, professor Ədalət Muradovun forum çərçivəsində Avrasiya Universitetlər Assosiasiyası, Sankt-Peterburq Dövlət İqtisad Universiteti rəhbərliyi ilə keçirdiyi görüşlərdən danışıb. Z.Məmmədovun sözlərinə görə, Rusiyanın tanınmış iqtisadçıları pedaqoji fəaliyyətlərini UNEC-də davam etdirməkdə maraqlıdırlar.

Verilişin aparıcısı UNEC-in Marketinq və Kommunikasıya Departamentinin direktoru Rasim Şərifov olub.

Verilişin audio yazısını buradan dinləyə bilərsiniz.

[audio mp3="http://unec.edu.az/application/uploads/2017/12/Vizyon-zahid.mp3"][/audio]

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay