A

Bu həftə Radio UNEC-in qonağı Prezident təqaüdçüsü, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alan Tural Məmmədov olub.  

Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Gülnar Cəfərlinin təqdimatında efirə gedən “UNEC-ə Dair” verilişində Tural Məmmədov öz uğur tarixçəsi, UNEC haqqında, burada aldığı keyfiyyətli təhsil barədə öz fikirləri ilə bölüşüb. 

Tural Məmmədov 2001-ci il iyunun 22-də Qəbələ rayonunda anadan olub. F.Həmidov adına Qəbələ rayon Bunud kənd tam orta məktəbini bitirib. Qəbul imtahanında 685 bal toplayaraq, UNEC-in maliyyə ixtisasına daxil olub.  "UNEC tələbəsi olmaq mənim çoxdankı arzum idi. Mediada UNEC adına rast gələndə mən daha da həvəslənirdim,  məqsədimə nail olmaq üçün daha da çox çalışırdım." 

T.Məmmədov UNEC-in tələbələrə təqdim etdiyi xarici universitetlərlə mübadilə proqramlarından yararlanmaq arzusundadır. Fransanın məşhur Montpellier Universiteti ilə ikili diplom proqramında iştirak etmək istərdim.  Proqramın qonağı UNEC-də təhsil almaqla öz ixtisası üzrə ən doğru seçim etdiyindən əmin olduğunu vurğuladı. 

"Dərslərin 4 dildə və yüksək səviyyədə tədris edilməsi universitetin ən böyük üstünlüklərindən biridir. İngilis dilində təhsil alıram və ixtisasıma ingilis dilində yiyələnməyim mənə əlavə üstünlük verəcək. Dərslərimiz yüksək ixtisaslı, peşəkar müəllimlər tərəfindən tədris edilir. Hər şey gözlədiyim kimi oldu, bütün bunlara görə təşəkkürlər, UNEC!"

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR