A

Hər həftəni cümə axşamı saat 12:00-da UNEC Radio-da efirə gedən “UNEC-ə Dair” verilişinin bu dəfəki qonağı President təqaüdçüsü Ülvi Həsənov oldu.

2018-ci ildə qəbul imtahanlarında 687 bal toplamış və UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçmiş etmiş Ülvi hazırda maliyyə ixtisasında təhsil alır.

Azərbaycanda iqtisadiyyat sahəsi üzrə ən yaxşı təhsilin UNEC tərəfindən verildiyini qeyd edən Ülvi, seçiminə buradakı yüksək və keyfiyyətli təhsilin, seçdiyi fakultənin qəbul balının yüksək olması kimi bəzi faktorların təsir etdiyini qeyd etdi.

Gələcək karyerası üçün ingilis dilində təhsil almağın böyük üstünlük olduğunu və UNEC-in tələbələrə 4 dildə təhsil almaq fürsəti verdiyi üçün əla seçim olduğunu söyləyib.

Verilişin səs yazısını təqdim edirik:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR