A

Bu gün Radio UNEC-in "UNEC İmtahan" verilişinin qonağı Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Gəray Musayev olmuşdur. 

Aparıcı İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Xəlilovun suallarını cavablandıran G.Musayev imtahan sessiyasının təşkili ilə bağlı fakültənin həyata keçirdiyi işlər barədə məlumat vermişdir. 

Qonaq bütün UNEC fakültələrində olduğu kimi Maliyyə və Mühasibat fakültəsində də tələbələrlə sıx işin getdiyini bildirdi. 

Xüsusilə yazılı imtahanlarla bağlı ciddi məlumatlandırma işi tələbələrə imtahanlara daha rahat hazırlaşmağa imkan yaradır. 

Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün yaradılmış şərait və digər məsələlərə toxunmuş G.Musayev sonda imtahan sessiyası ilə bağlı tövsiyyələrini verdi. 

Qonaq bildirdi ki, fakültədə tələbələrin mümkün sual və müraciətlərini cavablandırmağa hazır heyət fəaliyyət göstərir. 

Verilişin səs yazısını təqdim edirik:

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR